iyl
2023
13:07
194

Deputat: “Niyə cəmiyyət iş adamının 250 min dollara müğənni gətirməyini müzakirə edir?”

6 iyl, 2023
13:07
194

Deputat: “Niyə cəmiyyət iş adamının 250 min dollara müğənni gətirməyini müzakirə edir?”

Bu gün Azərbaycanda niyə cəmiyyət müğənninin Azərbaycan Yazışçılar Birliyinə üzv olmağını, Söyüdlü hadisələrini, şəmkirli iş adamının 250 min dollara müğənni gətirməyini müzakirə edir?

Den.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında çıxışı zamanı deyib.
Deputat hesab edib ki, daha çox ciddi məsələlər müzakirə edilməlidir: “Elm və təhsil naziri dərslərin sentyabrın 1-dən başlaması ilə bağlı çıxış etmişdi. Bax bu, ciddi məsələ idi, amma müzakirələr dayandı. Bunun səbəblərini müzakirə etmək lazımdır”.

Deputat bildirib ki, Böyük Britaniyanın "World University Ranking" nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib: “Reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet (2022-ci ildə - 16 universitet) daxil olub. Bu, ciddi düşünüləsi məsələdir”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar