11 
iyl
2023
14:20
297

110 yaşlı qadın Kəlbəcərə qayıtdı: “​Elə bil Həccə gəlmişəm” - VİDEO

11 iyl, 2023
14:20
297

110 yaşlı qadın Kəlbəcərə qayıtdı: “​Elə bil Həccə gəlmişəm” - VİDEO

“Mən Kəlbəcərdən ağlaya-ağlaya getdim. Erməni evimi dağıtdı. Burdan gedəndə dedim ki, Allah etsin ki, Kəlbəcərə gülə-gülə gəlim. İndi özümü Kəbəyə, Həcc ziyarətinə gəlmiş kimi xoşbəxt hiss edirəm”.

Den.az Metbuat.az-a istinadən xəbər verir ki, bu fikirləri Kəlbəcər rayonunun ən uzunömürlü sakini 110 yaşlı Xeyransa nənə deyib. Ailəsiylə birgə çox çətin şəraitdə, düşmənin gülləbaran yağışı altında yolları keçərək doğma Kəlbəcərini tərk etməyə məcbur qalmış Xeyransa nənənin istəyi reallaşıb.


Ömrünün ahıl çağında son arzusunun 4 fəslin eyni anda yaşandığı, başı dumanlı Murovu görmək olduğunu dilə gətirən ağbirçək 30 ildən sonra ailəsi ilə birlikdə Kəlbəcərə gəlib:

“Mən yuxularımda Kəlbəcəri, evimi görürdüm. Elə istəyirdim ki, evimə, məhəlləmə qayıdıb həyət bacamı təmizləyim. Gecələr gizli-gizli bu həsrətdən göz yaşı tökürdüm. Deyirdim, ay Allah hər şeyimi qoydum gəldim. Gəlinim, oğlum mənim göz yaşlarımdan xəbərsiz idilər”.

Xeyransa nənənin səfəri ilə bağlı ARB Tv-nin hazırladığı sujeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar