12 
iyl
2023
10:48
174

Sərhəddə təxribat törədən Ermənistan hərbçisi yaralandı

12 iyl, 2023
10:48
174

Sərhəddə təxribat törədən Ermənistan hərbçisi yaralandı

Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində təxribat törədən zaman Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində erməni hərbçi yaralanıb.

Den.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.


Yaralı hərbçi hospitala yerləşdirilib.

Qeyd edək ki, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə atıcı silahlardan atəş açıblar.
Azərbaycan Ordusunun bölmələri cavab tədbirləri görüb.//Report

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar