13 
avq
2023
23:25
184

“Real” üçün “qara avqust”: Arda Gülər və Kurtuanın ardından Militao da sıradan çıxdı

13 avq, 2023
23:25
184

“Real” üçün “qara avqust”: Arda Gülər və Kurtuanın ardından Militao da sıradan çıxdı - FOTO

Eder Militaoya dizindəki çarpaz bağın yırtılması diaqnozu qoyulub.

“Real Madrid”in müdafiəçisi La Liqanın 1-ci turunun “Atletik”lə dünənki oyununda (2:0) dizindən zədə alıb. 50-ci dəqiqədə əvəzlənən braziliyalı meydanı göz yaşları içində tərk edib.


Bu gün Madrid klubu rəsmi olaraq bildirib ki, müayinədən sonra Militaonun sol dizində çarpaz bağın yırtılması diaqnozu qoyulub. Yaxın günlərdə mərkəz müdafiəçisi əməliyyat olunacaq. Onun təminən 9 ay yaşıl meydanlardan kənar qalacağı bildirilir.


Qeyd edək ki, son bir neçə gün ərzində Kral klubunun Arda Gülər və Tibo Kurtua kimi üzvləri də analoji tale yaşayıblar. Onları da cərrahi əməliyyat gözləyir.
Mənbə: sports.ru

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar