17 
avq
2023
14:56
236

Qusarda qohumlar qidadan zəhərləndi

17 avq, 2023
14:56
236

Qusarda qohumlar qidadan zəhərləndi

Qusar rayonunda, "Park Qusar" istirahət mərkəzində istirahət edənlər qidadan zəhərlənib.

"Den.az"ın yerli bürosunun məlumatına görə,  Qusar rayonunun Caqar kəndində fəaliyyət göstərən "Park Qusar" istirahət mərkəzində istirahət edənlərdən 5 nəfəri yedikləri qidadan zəhərləniblər. 

Sözü gedən ərazidə istirahət edən sakinlərdən beş nəfəri,  - 1973-cü il təvəllüdlü Fərzəliyeva Aynurə Bəhram qızı, 2003-cü il təvəllüdlü Xanıyev Bəhram Mübariz oğlu, 1986-cı il təvəllüdlü Əskərli Ferid Zaman oğlu, 1997-ci il təvəllüdlü Xanızadə Aygül Mübariz qızı və 2002-ci il təvəllüdlü Fərzəliyeva Qızbəs Fəhruz qızı zəhərlənmə diaqnozu ilə Qusar Rayon Xəstəxanasına aparılıblar.

Adı çəkilən şəxslər ilkin ehtimala görə, istirahət mərkəzində qəbul etdikləri qidadan zəhərləniblər. 
 
Faktla bağlı araşdırma aparılır.

Nüşabə Baxşıyeva

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar