12 
iyl
2023
16:22
169

Salyanda ""Gənc şahinlər" hərbi-vətənpərvərlik klubu" layihəsinin açılışı olub -FOTOLAR

12 iyl, 2023
16:22
169

Salyanda ""Gənc şahinlər" hərbi-vətənpərvərlik klubu" layihəsinin açılışı olub -FOTOLAR


Salyan rayonunda ""Gənc şahinlər" hərbi-vətənpərvərlik klubu" layihəsinin açılış mərasimi keçirilib. 

Den.az-ın yerli bürosunun məlumatına görə, mərasimdə layihə rəhbəri Firudin Tahirov, məktəb direktorları, şagird və valideynlər, məktəb müəllimləri iştirak edib.

Layihə rəhbəri qeyd edib ki, layihənin əsas məqsədi Salyan rayonunda sistemli olaraq fəaliyyət göstərəcək "“Gənc şahinlər” hərbi-vətənpərvərlik klubu"nun yaradılması ilə mütəmadi olaraq vətənpərvərliyi təbliğ edən müsabiqələrin, yarışların, hərbi düşərgələrin təşkil edilməsi ilə yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərini daha da inkişaf etdirməkdən və onlara ilkin hərbi nizam-intizam anlayışlarını aşılamaqdan ibarətdir.

Belə ki, Salyan rayonunda RESURS Gənclərin İnkişafı İctimai Birliyinin nəzdində daimi və sistemli olaraq fəaliyyət göstərə biləcək "“Gənc şahinlər” hərbi-vətənpərvərlik klubu" yaradılacaq. 

Layihə çərçivəsində və layihə bitdikdən sonra klubun işini təşkil edə biləcək klub rəhbəri və köməkçisi seçiləcək. Daha sonra isə 16 nəfər yeniyetmə və gənclər seçilərək klub təsis ediləcəkdir. Klubun 10 günlük fəaliyyətindən sonra iyul ayı ərzində ardıcıl olaraq ümumrayon səviyyədə 2 tədbir təşkil olunacaq. Yekunda isə 16 nəfərlik hərbi-vətənpərvərlik düşərgəsi təşkil olunacaq ki, burada klub üzvlərinə yeni həyati bilik və bacarıqlar aşılanacaq, onların vətəpərvərlik dəyərlərinin inkişaf etdirilməsinə dəstək olunacaqdır. 

Qeyd edək ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinun elan etdiyi 2023-cü il kiçik qrant müsabiqəsi çərçivəsində qalib olub və 1 iyul-31 avqust tarixlərini əhatə edəcək.



Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar