17 
iyl
2023
19:48
315

Abşeronda şəhid Vidadi Zalovun doğum günü münasibəti ilə anım mərasimi keçirilib- FOTO/ VİDEO

17 iyl, 2023
19:48
315

Abşeronda şəhid Vidadi Zalovun doğum günü münasibəti ilə anım mərasimi keçirilib- FOTO/ VİDEO

Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş, müharibədən sonrakı dövrdə hərbi vəzifələrini yerinə yetirərkən Laçın rayonu istiqamətində erməni hərbi birləşmələrinin törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olan Vidadi Zalovun 38 yaşı tamam olur. 

“Den.az” xəbər verir ki, bu manasibətlə Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında Vidadi Zalovun cənnətdə ilk doğum günü qeyd edilib. 

Keçirilən anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və gənclər iştirak edib. 

Mərasimdə şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib. Rayon rəhbəri Ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edib. Diqqətə çatdırıb ki, dövlət tərəfindən şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi və digər bir sıra istiqamətlərdə mühün addımlar atılır.

Şəhid Vidadi Zalovun ailəsi onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə Azərbaycan Prezidenti  İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə ediblər. Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri , şəhid anası Xatirə İsmayılova və şəhidin döyüş yoldaşı, qazi Vidadi Əliyevdə çıxış edib.

Qeyd edək ki, ailənin yeganə oğul övladı olan şəhid Vidadi Zalov ali təhsil aldıqdan sonra Müdafiə Nazirliyinin "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılmış və həqiqi hərbi xidmət qulluqçusu kimi ordu sıralarına qoşulmuşdu.







Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar