20 
iyl
2023
14:43
558

Meyxanaçılar efirdə Elza Seyidcahanı ələ saldılar - VİDEO

20 iyl, 2023
14:43
558

Meyxanaçılar efirdə Elza Seyidcahanı ələ saldılar - VİDEO

"Elzanın Yazıçılar Birliyinə üzv seçilməyi böyük mübahisəyə səbəb oldu. Camaatın haqlı tərəfləri var. Mənimlə də münasibəti yoxdur. Çünki irad bildirdim ki, elə şeir yazma. Yazsan da, bir yerə qoy qalsın. Qayıtdı ki, fəlsəfəm var".
 
Den.az "Axsam.az"a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov Əməkdar artist Elza Seyidcahanla bağlı açıqlamasında deyib. İfaçı "MeyXəbər" proqramında müğənninin Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsinə münasibət bildirib. O, qeyd edib ki, insanların bunu tənqid etməsinə haqq qazandırır.
 
Vüqar Seyidcahanın şeirlərinin mənasız olduğunu vurğulayıb və onları ələ salıb:
 


"Bəlkə gələcəkdə lazım olacaq. İndi aktyorlar onun şeirlərini iyrənc formada ifadə edirlər. "Qazanı açdım, kəfini yedim". Bu nədir? Vallah, qaytaracaqsan".
 
Qeyd edək ki, meyxanaçı ilə müğənni uzun illərdir küsülüdür. Vüqar Elzanın ünvanına "Elza şeir yazmasın. O, şeir yaza bilmir. Bir də görürsən, girir şeirlərin içinə “ana qaz, ananas”... Etmə belə başına dönüm sənin, Elza" sözlərini deyib. Seyidcahan isə "Bir insanın ki, həyatı eyş-işrətdən, gecə klublarından ibarətdirsə, mənim şeirlərimi başqa istiqamətə yozacaq" - deyə, Vüqara cavab verib.
[media=]

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar