21 
iyl
2023
11:30
387

Natəvan Babayeva dəfn edildi

21 iyl, 2023
11:30
387

Natəvan Babayeva dəfn edildi

Ötən gün vəfat edən tanınmış aparıcı Natəvan Babayeva dəfn edilib.

Den.az xəbər verir ki, o, Salyan rayonunun Parça Xalac kənd qəbiristanlığında, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhum jurnalistin ailə üzvləri, rayon icra hakimiyyətinin rəsmiləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən Natəvan Babayeva ötən gün vəfat edib.

Xatırladaq ki, N.Babayeva 1977-ci ildə Salyan rayonunun Parça Xalac kəndində anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra uzun illər ANS-də, 2016-cı ilin sonlarından AzTV-də aparıcı işləyib.

Allah rəhmət eləsin!

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar