25 
iyl
2023
22:15
163

Yay - turizm mövsümü ilə əlaqədar Cənub bölgəsində polis gücləndirilmiş iş rejimində xidmətə keçib

25 iyl, 2023
22:15
163

Yay - turizm mövsümü ilə əlaqədar Cənub bölgəsində polis gücləndirilmiş iş rejimində xidmətə keçib -FOTO

Turizm mövsümü ilə əlaqədar polis gücləndirilmiş iş rejimində çalışır.

Den.az" xəbər verir ki, Yay - turizm mövsümü ilə əlaqədar olaraq vətəndaşların Respublikamızın cənub bölgəsindəki çimərlik və istirahət zonalarına kütləvi axını nəzərə alınaraq polis əməkdaşlarının fasiləsiz xidməti təşkil edilib. 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Den.az-ın yerli bürosuna verilən məlumata görə, vətəndaşların təhlükəsizliyinin yüksək səviyyədə qorunması məqsədilə əlavə canlı qüvvə cəlb edilib. Çimərliklərə naryad qrupları təhkim olunub.
Əhalinin istirahət mərkəzləri və çimərlik zonalarına axını nəzərə alınaraq nəqliyyatın hərəkətininin təhlükəsizliyini və insanların rahat istirahətini təmin etmək üçün polis gücləndirilmiş iş rejimində xidmət aparır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar