avq
2023
12:52
178

Xızıda atları oğurlayan dəstə üzvləri saxlanılıblar

1 avq, 2023
12:52
178

Xızıda atları oğurlayan dəstə üzvləri saxlanılıblar - FOTO VİDEO

Xızıda atları oğurlayan dəstə üzvləri saxlanılıblar

      "Den.az" xəbər verir ki, Xızı  rayonunun ərazisindəki örüş sahəsindən sakinlərə məxsus atların ayrı-ayrı vaxtlarda naməlum şəxslər tərəfindən oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Daşqın Qəmbərov, R.Hüseynov və E.Aslanov  saxlanılıblar.

Araşdırma zamanı saxlanılan şəxslərin oğurladıqları atları satdıqlarını və  əldə etdikləri pulu isə öz aralarında böldükləri etiraf ediblər.

Həmin şəxslərin digər rayonlarda da analoji əməllər törətmələri istisna edilmir.

Faktla bağlı Xızı  Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar