12 
iyn
2023
13:26
297

Azərbaycanda aptekə silahlı basqın OLDU

12 iyn, 2023
13:26
297

Azərbaycanda aptekə silahlı basqın OLDU

Bakıda aptekə silahlı basqın edən şəxslər tutulub.

Bu barədə Den.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 9-u gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən apteklərin birində tibbi maskalı 2 nəfərin satıcını bıçaqla hədələyib kassadan 300 manat pul talamaları barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Tuncay Quluzadə və Alı Cavadlı müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar