avq
2023
13:04
231

Astarada faciə: Yaşlı kişi ehtiyatsızlıqdan öldü

8 avq, 2023
13:04
231

Astarada faciə: Yaşlı kişi ehtiyatsızlıqdan öldü


Astarada 81 yaşlı kişi ehtiyatsızlıqdan ölüb.

Den.az-ın yerli bürosunun verdiyi məlumata görə hadisə şəhərində baş verib. Astara şəhərinin  Qum küçəsində yaşayan 1942 - ci il təvəllüdlü Əlisəfa İbrahimov şəhərdə gəzərkən yüksək təzyiqdən halı pisləşib. O, yıxılmamaq üçün özünü  yaxınlıqda olan avtomobilə söykəyib.

Bu zaman nəqliyyat vasitəsi hərəkət edib və Ə.İbrahimov yerə yıxılıb. Ağır xəsarət alan yaşlı, təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə xəstə Ə.İbrahimovun xəstəxanada müalicəsinə baxmayaraq, yaxınlarının təkidi ilə o xəstəxanadan çıxarılıb və müalicəsinin evdə davam etdiriləcəyini bildiriblər. Bu səhər 81 yaşlı kişi evdə ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar