10 
iyl
2023
20:24
251

Astarada yol qəzası olub, ölən var

10 iyl, 2023
20:24
251

Astarada yol qəzası olub, ölən var -FOTO


Astarada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Den.az-ın yerli bürosunun verdiyi xəbərə görə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi rayonun Deqədi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Sərxan Məlikovun idarə etdiyi Ford Transit markalı avtomobil, Seləkəran kənd sakini Ruslan Əliyevin idarə etdiyi mopedlə toqquşub. Nəticədə mopedin sürücüsü R.Əliyev dünyasını dəyişib. Meyit daxili və xarici müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar