avq
2023
18:35
162

Gürcü sahibkarın Azərbaycan bazarına gəlmə səbəbi məlum oldu - ÖZƏL

8 avq, 2023
18:35
162

Gürcü sahibkarın Azərbaycan bazarına gəlmə səbəbi məlum oldu - ÖZƏL

Cari ilin əvvəlində Azərbayanın böyük elektronika məhsulları şəbəkəsi olan “Optimal Elektronika”nın Gürcüstanın “Elit elektroniks” şirkətinə satıldığı məlum olmuşdu.

Den.az bildirir ki, “Ölkə.Az”ın məlumatına görə, buna səbəb gürcü şirkətinin Azərbaycan şirkətlərindən biri ilə apardığı rəqabət olub.


Belə ki, bir neçə il əvvəl oxşar fəaliyyətlə məşğul olan Azərbaycanın məşhur şirkətlərindən biri Gürcüstanda fəaliyyətə başlayaraq “Elit elektroniks”ə rəqib olub. Gürcü sahibkar isə sözügedən rəqabəti davam etdirmək üçün Azərbaycan bazarına daxil olmaq qərarına gəlib.
Qeyd edək ki, adı dəyişdirilərək “Elit Optimal”a çevrilən şəbəkənin mağazaları yeni yaradılan “Elit EO” MMC-yə aiddir. Bu şirkətin də qanuni təmsilçisi, yəni direktoru Lado Jobavadır.  Bu şəxs həm də Gürcüstandakı “Elit elektroniks”in CEO-sudur.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar