avq
2023
18:37
267

2 milyonluq dələduzluqda təqsirləndirilən bələdiyyə sədrinə BƏRAƏT VERİLDİ

8 avq, 2023
18:37
267

2 milyonluq dələduzluqda təqsirləndirilən bələdiyyə sədrinə BƏRAƏT VERİLDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və saxtakarlıqda təqsirləndirilən Səbail rayon bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Den.az-ın məlumatına görə, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə, təqsirləndirilən Əhməd Hüseynova qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilməyib və ona bəraət verilib.

Qeyd edək ki, Əhməd Hüseynov qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməkdə, habelə rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 29.178.4-cü (xüsusilə külli miqdarda dələduzluğa cəhd), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı), 320.1-ci (saxta sənəd hazırlama və ya ondan istifadə etmə) və 326.1-ci (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə ittiham irəli sürülüb. Ə.Hüseynov həbsdə deyildi, onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdi.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar