Xəbərin Kateqoriyası: Ümidlə gəl

“Ümidlə Gəl” tok şousu bu gün saat 20:00-da Lider televiziyasında yayımlanacaq”


 
Qısa fasilədən sonra yenidən yayıma başlayan “Ümidlə Gəl” tok şousu bu gün saat 20:00-da Lider televiziyasında yayımlanacaq.Qeyd edək ki, “Ümidlə Gəl” proqramı imkansız ailələrə və şəxslərə xeyriyyə məqsədi ilə yaradılan həftəlik Tv proqramdır və hər həftənin cümə günü, saat 20:00-da yeni formatda yayımlanacaq. Layihənin rəhbəri və aparıcısı tanınmış İctimai xadim, Dünya Azərbaycanlıları Mədəniyyət  Mərkəzinin vitse- prezidenti, İctimai Nəzarət Koalisiyası Himayədarlar Şürasının sədri, Milli telekanalların sosial məsələlər üzrə eksperti  Hacı Quliyev, Redaktou jurnalist Zabir Əliyev ssenaristi isə yazar-jurnalist Ramilə Qardaşxanqızıdır. Çəkilişlər C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasını “pavilion”unda qurulan möhtəşəm səhnədə aparılır. Hər proqramda qoyulan mövzu üzrə Respublikanın tanınmış mütəxəsilərindən ibarət ekspertlər heyəti və mövzuya uyğun xüsusi tamaşaçılar iştirak edir. Proqramın qəhramanları isə bu “Ümidlə Gəl”ə müraciət edərək layihəyə əsasən dəstək görən şəxslər və onların ailələridir.Layihəyə əsasən,  proqram yayımlandığı gündən indiyənə qədər artıq xeyli ailəyə və şəxsə müxtəlif yardımlar edilib. Serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqların müayinə və gündəlik davam edən müalicəsi, ayaq ambutasiyası və protezi ilə təmin etmə və s. kimi bir çox  əməliyyatlar Respublikanın tanınmış həkim və cərrahları tərəfindən təmənnasız olaraq həyata keçirilib.Proqram müxtəlif mediya nümayəndələri tərəfindən işıqlandırılır. Layihənin qaynar xətti ilə əlaqə: (050) 572-79-38скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız