Türkiyədən Azərbaycana evlənmək məqsədilə gələn şəxs sərhəddə yaxalanıb.
Den.az Oxu.az-a istinadən xəbər verir ki, 1996-cı ildə Türkiyənin Iğdır şəhərində anadan olmuş Mehmet Bandalı ölkəsində qan davalarının olması və azərbaycanlı qadınla ailə qurmaq məqsədilə 2025-ci ildə Azərbaycana gəlmək istəyib.
Amma onun pasportu olmadığından İstanbulda tanımadığı bir nəfərə 5 min türk lirəsi verib, saxta anket məlumatı ilə özünə pasport düzəltdirib. O, aprelin 4-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin "Sədərək" sərhəd nəzarəti məntəqəsinə gəlib, saxta pasportla Türkiyədən Azərbaycana keçməyə cəhd edərkən DSX əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb və iş Sədərək Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə M.Bandalı 11 ay müddətinə azadlıqdan məhrum edilib.