23 
noy
2023
11:14
124

Azərbaycanın dövlət sərhədini pozan şəxs saxlanıldı

23 noy, 2023
11:14
124

Azərbaycanın dövlət sərhədini pozan şəxs saxlanıldı

Azərbaycanın dövlət sərhədini pozan şəxs saxlanılıb.

Bu barədə Den.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabr ayının 22-də saat 03:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Şirvanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Bakı şəhər sakini 2005-ci il təvəllüdlü Vəlizadə Nəriman Emin oğlu saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar