Sumqayıt şəhərində Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilir.
DenMedia.az xəbər verir ki, şəhərin Dənizkənarı Bulvar ərazisində hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü başlayıb.
Yürüşü izləmək üçün küçələrə çıxan şəhər sakinləri və qonaqlar hərbçiləri alqışlarla qarşılayırlar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.