29 aprel 2026-cı ildən etibarən Azərbaycan və Maldiv adaları arasında qısamüddətli səfərlər üçün qarşılıqlı vizasız rejim qüvvəyə minib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, razılaşma 24 sentyabr 2025-ci ildə Nyu-Yorkda imzalanıb və artıq daxili prosedurlar tamamlanıb.
Sənədə əsasən, hər iki ölkənin vətəndaşları etibarlı ümumvətəndaş pasportu ilə vizasız şəkildə daxil ola, ölkədən çıxa və tranzit keçə bilər, həmçinin qarşı tərəfin ərazisində 90 günədək qala bilərlər.

