Mayın 9-u, 10-u və 11-də qeyri-iş günləri ilə əlaqədar Abşeron dairəvi dəmir yolu xəttində qatarlar həftəsonu qrafiki ilə hərəkət edəcək.
Bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
Bildirilib ki, sərnişinlər hərəkət cədvəli ilə şirkətin rəsmi saytı və “ADY Mobile” mobil tətbiqi vasitəsilə tanış ola bilərlər.

