Abşeron dairəvi dəmir yolu xəttində “Dərnəgül” stansiyası istifadəyə verilib.
Bu gündən etibarən qatarlar artıq yeni stansiyada dayanmağa başlayıb.
Bildirilib ki, layihə Bakı və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025–2030-cu illər dövlət proqramı çərçivəsində həyata keçirilib.
Yeni stansiyanın açılması sərnişindaşıma sisteminin yaxşılaşdırılması istiqamətində növbəti addım kimi qiymətləndirilir.

