Azərbaycan Dövlət Miqrasiya Xidməti WUF13 ilə əlaqədar Azərbaycana gələn əcnəbilərə müraciət edib.
Müraciətdə qeyd olunur ki, ölkəyə WUF13 vizası ilə gələn və ya BMT-nin Məskunlaşma Proqramında qeydiyyatdan keçdikdən sonra vizasız qaydada Azərbaycana daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 30 gün müddətinə Azərbaycanda olduğu yer üzrə qeydiyyat tələbindən azad edilir.

