Bakıda Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasına, yəni WUF13-ə hazırlıq çərçivəsində nəqliyyatın hərəkəti üzrə növbəti monitorinq keçiriləcək.
WUF13 Azerbaijan Əməliyyat Şirkətinin məlumatına görə, mayın 13-də saat 10:00-dan 14:00-dək paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Monitorinq Neftçilər prospektini, Yusif Səfərov küçəsini, Heydər Əliyev prospektinin Sabunçu körpüsünədək olan hissəsini, Mehdi Hüseyn küçəsini, Xocalı prospektini, Rixard Zorge, Zərifə Əliyeva və Lermontov küçələrini, eləcə də tədbirin keçiriləcəyi Bakı Olimpiya Stadionu istiqamətindəki yolları əhatə edəcək.

