Azərbaycana reabilitasiya keçmək üçün 18 ukraynalı uşaqdan ibarət növbəti qrup gəlib.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Qusev X sosial şəbəkəsində yazıb.
O bildirib:
Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müdaxiləsinin başlanmasından bəri Azərbaycan 594 uşağı qəbul edib, bununla həmrəyliyini və qonaqpərvərliyini göstərib. Azərbaycana və uşaqlarımıza dəstək göstərən hər kəsə minnətdarıq.

