Ukraynadan daha bir qrup uşaq reabilitasiya üçün Bakıya gəlib.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial media səhifəsində məlumat verib.
Onun sözlərinə görə, 2026-cı ildə ilk qrup 26 uşaqdan ibarətdir. Onlar Bakıda peşəkar tibbi nəzarət və zəruri reabilitasiya dəstəyi alacaqlar. Söhbət Ukrayna müdafiəçilərinin övladlarından gedir.
Diplomat qeyd edib ki, 2022-ci ildən bu günədək Azərbaycanda artıq 498 ukraynalı uşaq reabilitasiya proqramından keçib.
Yuri Qusev Azərbaycana göstərilən həmrəylik və dəstəyə görə təşəkkürünü bildirib.

