Azərbaycan Dəmir Yolları Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edəcək qatarlarda dinamik qiymət sistemi tətbiq edəcək.
Bildirilib ki, sərnişinlər yola düşmə tarixindən 25-30 gün əvvəl biletləri daha sərfəli qiymətə ala biləcəklər.
Şirkətdən qeyd olunub ki, yeni yanaşma səfərlərin daha rahat planlaşdırılmasına və sərnişindaşımanın daha səmərəli təşkilinə imkan verəcək.
İlk reyslər altı vaqondan ibarət qatarlarla həyata keçiriləcək. Qatarda vaqon-restoran da olacaq. Digər vaqonlar isə “Komfort”, “Komfort+” və “Lüks” siniflərinə aid ediləcək.
Qatarın ümumi tutumu 118 sərnişin təşkil edəcək.
İlk reys mayın 25-də Bakıdan yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən hər gün saat 21:00-da yola düşəcək qatar isə Bakıya saat 06:24-də çatacaq.

