“Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 21, 22 və 23 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
Denmedia.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər. Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Qazaxdan Ağstafaya isə saat 17:20-də yola düşəcək.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.

