Bu gün Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocavənd rayonunun Hadrut qəsəbəsinə, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə, Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə, həmçinin Xocalı rayonunun Ballıca, Badara və Xanabad, Ağdərə rayonunun isə Çıldıran, Vəngli və Həsənriz kəndlərinə köçürülən ailələrə yeni evlərinin açarları təqdim edilib.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Hazırkı mərhələdə ümumilikdə 58 ailə — 237 nəfər yeni mənzillərinə köçürülüb. Kərkicahanda 8 ailə — 34 nəfər, Hadrutda 4 ailə — 15 nəfər, Şükürbəylidə 7 ailə — 28 nəfər, Böyük Qaladərəsində 3 ailə — 14 nəfər evlərinin açarlarını alıb.
Bundan başqa, Ballıcaya 2 ailə — 7 nəfər, Badaraya 2 ailə — 5 nəfər, Xanabada 2 ailə — 5 nəfər, Həsənrizə 13 ailə — 53 nəfər, Çıldırana 13 ailə — 53 nəfər, Vəngliyə isə 4 ailə — 23 nəfər köçürülüb.




