Azərbaycanda 2026-cı ilin yanvar-iyun aylarında kosmetologiya sahəsində, o cümlədən estetik prosedurlarla bağlı 38 qanunsuz fəaliyyət faktı aşkarlanıb.
DenMedia.az xəbər verir ki, bu barədə report-a Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, aşkarlanan bütün hallar üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib edilib və tədbir görülməsi üçün müvafiq qurumlara göndərilib.
Həmçinin həmin dövrdə aparılan yoxlamalar zamanı lisenziya olmadan tibbi fəaliyyət göstərən 44 müəssisə və fiziki şəxs müəyyən edilib.

