Azərbaycanda 2026-cı ilin yanvar-may aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 175 manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz çoxdur.
Qeyd edək ki, 2026-cı ilin yanvar-aprel aylarının yekunlarına əsasən, əməkhaqqında artım 6,5 faiz təşkil edirdi.

