Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2026-cı ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq 1 172 manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, daha yüksək əməkhaqqı mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə texnologiyaları, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində qeydə alınıb.
Bildirilib ki, 2026-cı ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 37 milyard 699,8 milyon manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çoxdur.

