2026-cı ilin birinci yarısında Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı faktları ilə bağlı 292 müraciət daxil olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, müraciət edənlər arasında 230 qadın, 47 kişi və 15 uşaq olub.
Komitənin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, müraciətlərin böyük hissəsi fiziki və psixoloji zorakılıq halları ilə bağlı olub. Bununla yanaşı, iqtisadi zorakılıq faktları da qeydə alınıb.
Komitədə vurğulanıb ki, hər bir müraciət operativ şəkildə araşdırılıb. Zərərçəkən şəxslərə hüquqi, psixoloji və sosial yardım göstərilib, zəruri hallarda onların müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülüb.
Müraciətin xarakterindən asılı olaraq, Dövlət Komitəsi lazımi tədbirlərin görülməsi məqsədilə digər dövlət qurumları ilə də əməkdaşlıq edib.
Qurumdan bildirilib ki, məişət zorakılığına qarşı mübarizə yalnız hüquqi mexanizmlərlə məhdudlaşmır. Bu sahədə profilaktik tədbirlər, belə halların erkən aşkarlanması və qurumlararası əməkdaşlıq da mühüm rol oynayır

