“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatının artması ilə əlaqədar avqustun 19-u və 21-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
ADY-dən bildirilib ki, bu istiqamətlə yanaşı, Bakı–Qazax–Bakı marşrutu üzrə də ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Məlumata görə, əlavə qatar bazar ertəsi və çərşənbə günləri Bakıdan, çərşənbə axşamı və cümə axşamı günləri isə Ağstafadan yola düşəcək.
Sərnişinlər biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından, həmçinin “ADY Mobile” tətbiqi vasitəsilə əldə edə bilərlər.

