Dələduzluqda ittiham edilərək saxlanılan AİD Group şirkətinin təsisçisi Nigar Fərhad sərbəst buraxılıb.
Denmedia.az Oxu.az-a istinadla xəbər verir ki, Nigar Fərhad istintaq orqanında dindirildikdən sonra azadlığa buraxılıb. İstintaq müddətində onun polis nəzarəti altında qalacağı bildirilir.
Xatırladaq ki, Nigar Fərhad və həyat yoldaşı Samir Yəhyazadə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Məlumata əsasən, Nigar Fərhad vətəndaşlara dəymiş zərəri ödəməyi öhdəsinə götürüb. Bundan sonra onun sərbəst buraxılması barədə qərar qəbul edilib.

