Xaricdə təhsilin təşkili ilə məşğul olan AID Group şirkətinin rəhbəri Nigar Fərhad saxlanılıb.
Denmedia.az Oxu.Az-a istinadla xəbər verir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda Nigar Fərhad barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, avqustun 5-də onun həyat yoldaşı Samir Yəhyazadə də saxlanılmışdı.
İlkin istintaq zamanı Yəhyazadə Cinayət Məcəlləsinin 178.3.2-ci – külli miqdarda dələduzluq və 308-ci – vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmənin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
AID Group xaricdə təhsil sahəsində fəaliyyət göstərən şirkətlərdən biridir. Nigar Fərhad daha əvvəl müxtəlif televiziya kanallarında aparıcı kimi çalışıb və efirdə səsləndirdiyi rezonans doğuran fikirlərlə də gündəmə gəlib.

