Azərbaycanda “Güzəştli mənzil” sistemi vasitəsilə 535 mənzilin satışı həyata keçirilib. Mənzillər Lənkəran, Şirvan və Yevlax yaşayış komplekslərində yerləşir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə məlumatında bildirilib ki, satış prosesinin rəqəmsal təhlükəsizliyi dörd qurumun mütəxəssisləri tərəfindən təmin edilib.
Qeyd olunub ki, dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti nəticəsində satış prosesi bütün iştirakçılar üçün bərabər şəraitdə keçirilib.
Qurumlar vurğulayıblar ki, mənzillərin uğurlu satışı Azərbaycanda vətəndaşlara etibarlı və innovativ elektron xidmətlərin göstərilməsi imkanlarını bir daha nümayiş etdirib.
Denmedia.az

