Azərbaycanda bu ilin I rübündə mənzil bazarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% yüksəlib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər 13,1%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,1% artıb.
Ötən ilin IV rübü ilə müqayisədə ümumi mənzil bazarında qiymətlər 2,2% yüksəlib. Bu dövrdə ilkin bazar üzrə qiymətlər 1,8%, təkrar bazar üzrə isə 2,2% artım göstərib.

