Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər Abdullayevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Bu barədə Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Bildirilib ki, oktyabrın 1-də keçirilən iclasda VII çağırış Ali Məclisin deputatı Qəzənfər Abdullayevin deputat səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı müraciətinə baxılıb.
Deputat öz müraciətində səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş edib.
MSK müraciəti qanunvericiliyin tələblərinə uyğun araşdıraraq deputatın səlahiyyətlərinə xitam verilməsi üçün hüquqi əsasların mövcud olduğunu müəyyən edib.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və «Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında» qanunun müvafiq müddəaları rəhbər tutularaq Qəzənfər Abdullayevin deputat səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul olunub.

