Azərbaycanda LGBT mövzulu məzmunun yayılmasına məhdudiyyətlərin tətbiqini nəzərdə tutan qanunvericilik təşəbbüsünün hazırlandığı bildirilir.
Məlumata görə, nəzərdə tutulan dəyişikliklər media, internet, reklam, kino və təhsil müəssisələrində müəyyən məzmunun yayılmasını məhdudlaşdıra bilər.
Xüsusilə yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan informasiya məhsullarına daha sərt tələblərin tətbiqi planlaşdırılır. Eyni zamanda, uşaqlar üçün zərərli hesab edilən seksual xarakterli və digər materialların yayılmasına qarşı əlavə məhdudiyyətlərin nəzərdə tutulduğu bildirilir.
Qaydaların pozulmasına görə cərimələrin, təkrar hallarda isə inzibati həbsin tətbiqi təklif olunur.
Media subyektləri üçün də ayrıca məsuliyyət tədbirlərinin nəzərdə tutulduğu bildirilir. Qaydaların pozulması halında medianın fəaliyyətinin müvəqqəti dayandırılması, xarici media qurumlarının isə Azərbaycanda fəaliyyət icazəsinin ləğv edilməsi mümkün ola bilər.
Məsuliyyətin media qurumlarının sahibləri və rəhbərləri üçün də tətbiq olunması nəzərdə tutulur.
Təşəbbüsün açıqlanan məqsədi uşaqların sağlamlığına və inkişafına zərər verə biləcək informasiyadan qorunmasının gücləndirilməsidir.

