Qazaxıstan parlamentinin aşağı palatası — Məclis, KİV və internetdə LGBT təbliğatını qadağan edən qanun layihəsini qəbul edib. Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, qanun uşaqları sağlamlıqlarına və inkişaflarına zərər verən informasiyadan qorumaq məqsədilə qəbul olunub.
“Kütləvi informasiya vasitələri, telekommunikasiya şəbəkələri və onlayn platformalar vasitəsilə pedofiliya və (və ya) qeyri-ənənəvi cinsi orientasiya təbliğ edən məlumatların yayılmasının məhdudlaşdırılmasını nəzərdə tutan normalar müəyyən edilib,” — deyə Məclisin sosial-mədəni inkişaf komitəsinin məlumatında qeyd olunur.
Qanun indi Qazaxıstan parlamentinin yuxarı palatasına təqdim ediləcək.

