Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından tibb müəssisələrində hicab istifadəsinə məhdudiyyət qoyulması ilə bağlı saxta məktub yayılıb.
Məlumata görə, sözügedən sənədin Səhiyyə Nazirliyi ilə heç bir əlaqəsi yoxdur. Nazirlik tərəfindən belə bir qərar qəbul edilməyib və tibb müəssisələrinə bu məzmunda göstəriş verilməyib.
Azərbaycan Respublikası Media və Yayım Şurası bildirib ki, saxta sənədin rəsmi yazışma kimi təqdim olunması ictimaiyyəti çaşdırmağa yönəlmiş dezinformasiyadır.
Şura media qurumlarını və sosial şəbəkə istifadəçilərini məlumatları yalnız rəsmi mənbələr əsasında yoxlamağa, saxta sənədləri paylaşmamağa və dezinformasiyanın yayılmasına şərait yaratmamağa çağırıb.

