Bakıda Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
Tədbir Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təşkil olunub.
Qurultayda iştirakını 225 nümayəndə təsdiqləyib.
Tədbir çərçivəsində Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabatlar ətrafında müzakirələr aparılacaq. Həmçinin Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.
Təşkilat Komitəsi ən çox səs toplayan 46 namizədi yekun siyahıya daxil edib.
İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, ictimaiyyət nümayəndəsi olan 18 namizəddən isə 9-u seçiləcək.
Xatırladaq ki, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin hazırkı sədri Rəşad Məciddir.

