Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru və İdarə Heyətinin üzvü Ruslan Əlixanov vəzifəsindən azad edilib.
Qərar Holdinqin İdarə Heyəti sədrinin təqdimatı əsasında Azərbaycanın Baş naziri və Holdinqin Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən qəbul edilib.
Qərara əsasən, baş icraçı direktorun vəzifələrinin müvəqqəti icrası onun müavini Dəyanət Sadullayevə həvalə olunub.
Eyni zamanda, qəbul edilmiş qərara uyğun olaraq, Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

