Azərbaycanda oktyabr ayı üzrə pensiyaların tam ödənilməsi sabah – oktyabrın 20-də həyata keçiriləcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin də pensiyaları ödəniləcək.

