Azərbaycanda prokurorluq orqanlarında yeni kadr təyinatları həyata keçirilib.
Denmedia.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, Bakı şəhəri Nizami rayonunun prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad edilərək Binəqədi rayonunun prokuroru təyin olunub.
Digər əmrlə Binəqədi rayonunun prokuroru Fuad Məmmədov vəzifəsindən azad edilərək Nizami rayonunun prokuroru vəzifəsinə təyin edilib.
Bundan əlavə, Kamal Talıbov ikinci səlahiyyət müddətinə Şirvan şəhərinin prokuroru təyin olunub.

