28 
fev
2024
12:05
182

Bu rayonlara prokurorlar təyin edildi - Yenilənib

28 fev, 2024
12:05
182

Bu rayonlara prokurorlar təyin edildi - Yenilənib

Qubadlı rayonuna yeni prokuror təyin edilib.

“Den.az”
xəbər verir ki, bu haqda baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Emil Kərimov Qubadlı rayonunun prokuroru təyin edilib.

Qeyd edək ki, E. Kərimov Qubadlıda anadan olub. O, 14 yaşında erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb.

***

Baş prokuror Kamran Əliyev, həmçinin daha 4 rayona prokurorlar təyin edilməsi ilə bağlı əmrlər imzalayıb.

Əmrlərə əsasən, İmişli rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Valeh Səmədov, İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Tural Yusifov, Şamaxı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Müşfiq Səfərov, Zərdab rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Zaur Əliyev həmin vəzifələrə təyinat alıblar.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar