Xocalı və Ağdərə rayonlarının bir sıra yaşayış məntəqələrinə növbəti köç karvanları yola salındı.
Bu mərhələdə Xocalı şəhərinə 4 ailə (23 nəfər), Ballıca kəndinə 5 ailə (27 nəfər), Badara kəndinə 3 ailə (7 nəfər), Daşbulaq kəndinə 1 ailə (2 nəfər), Xanyurdu kəndinə 2 ailə (5 nəfər) köçürüldü.
Bundan başqa, Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə (29 nəfər), Heyvalı kəndinə isə 23 ailə (83 nəfər) köçürüldü.
Ümumilikdə, bu mərhələdə 44 ailənin 176 üzvü doğma yurdlarına qayıtdı.

