“İri Şəhərlərin Birləşmiş Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının ilk iclası keçirildi.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Müşahidə Şurasının qərarına əsasən, Arif Fərman oğlu Mərdanov QSC-nin icraçı direktoru vəzifəsinə təyin edildi.
Arif Mərdanov bundan əvvəl “Azərsu” ASC-də, Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR), Metropoliten İşçiləri Həmkarlar İttifaqında və Səhiyyə İşçiləri Həmkarlar İttifaqında rəhbər vəzifələrdə çalışıb.
O, həmçinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Müşahidə Şurasının üzvü olub.

